Qələbə paradında Türkiyə hərbçiləri də iştirak edəcəklər

Qələbə paradında Türkiyə hərbçiləri də iştirak edəcəklər

Dekabrın 10-da Bakı şəhərində keçiriləcək qələbə paradında Türkiyə Silhlı Qüvvələrinin də bir bölməsi iştirak edəcək.

“Azeri Defence”nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin bir komando bölüyü Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birlikdə tribuna önündən keçəcəklər.

Qeyd edək ki, hərbi paradda fəxri qonaq qismində Türkiyənin Prezidenti Rəcəp Tayyip Ərdoğan və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti də təmsil olunacaq.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş