Qənirə Paşayeva Rəşad Süleymanovun ailəsi ilə görüşüb

Qənirə Paşayeva Rəşad Süleymanovun ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azeri Defence” jurnalının təsisçisi və baş redaktoru, mərhum Rəşad Süleymanovun xanımı Zümrüd Süleymanova ilə görüşüb, qayğıları ilə maraqlanıb.

“Azeri Defence”nin məlumatına görə, Q.Paşayeva bildirib ki, Rəşad Süleymanovun və onun həmkarlarının sayəsində Ermənistanın işğalçılıq siyasəti, həmvətənlərimizə qarşı törədilmiş vəhşiliklər, bir sözlə, Azərbaycan həqiqətləri tirajlanıb, Azərbaycana yeni dostlar qazandırılıb.

“Xüsusilə, 44 günlük Vətən Müharibəsi dövründə “Azeri Defence” jurnalı və saytının təqdirəlayiq fəaliyyətini qeyd etməliyik. Ümidvarıq ki, jurnal və sayt öz fəaliyyətini bundan sonra da davam etdirəcək”, – deyə Q.Paşayeva bildirib.

Z.Süleymanova səmimi qəbul üçün Komitə sədrinə təşəkkür edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş