Qətər ABŞ-dan 48 ədəd “Apache” helikopteri alacaq

Qətər ABŞ-dan 48 ədəd “Apache” helikopteri alacaq

“Boeing” şirkəti Qətər üçün istehsal etdiyi AH-64E “Apache Guardian” döyüş helikopterini bu ilin may ayının sonuna qədər sifarişçiyə təhvil verəcək.

“AzeriDefence”nin məlumatına görə, bunu ABŞ-ın Qətərdəki səfiri özünün “Twitter” hesabında bildirib.

Müqaviləyə əsasən “Boeing” şirkəti Qətər hərbi Hava Qüvvələrinə 24 ədəd AH-64E “Apache Guardian” döyüş helikopteri tədarük edəcək. Müqavilə çərçivəsində ilk AH-64E “Apache Guardian” 2019-cu il martın 14-də Qətərə çatdırılıb.

2016-cı ilin iyununda imzalanmış bu müqavilədə göstərilən sifarişlər başa çatdırıldaqdan sonra, Qətər daha 24 ədəd AH-64E “Apache Guardian” helikopteri almağı planlaşdırır. ABŞ Dövlət Departamenti artıq növbəti 24 ədəd AH-64E “Apache Guardian” helikopterin Qətərə satılmasını təsdiq edib.

Bununla Qətər aviasiya parkında yer alacaq AH-64E “Apache Guardian” helikopterlərinin sayı 48-ə çatdırılacaq. “Apache” Qətər hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan SA 342 “Gazelle” döyüş helikopterlərini əvəz edəcəkdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş