Qətər M-346 “Master” təlim-döyüş təyyarələri almaq istəyir

Qətər M-346 “Master” təlim-döyüş təyyarələri almaq istəyir

Qətər İtaliyadan “Leonardo” şirkətinin istehsalı olan M-346 “Master” təlim-döyüş təyyarələri almaq istəyir.

“Azeri Defence” saytının İtaliya mediasına istinadən verdiyi məlumata görə, Qətər təxminən iki ildir İtalyanın M-346 “Master” təlim-döyüş təyyarələri ilə maraqlanır.

Dohaya səfər edən İtaliyanın Müdafiə naziri Lorenzo Guerini burada həmkarı Al Attiyah ilə müdafiə və müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq və təlim proqramlarını müzakirə edəcəklərini bildirib.

Tərəflər arasındakı görüşdə M-346 təyyarəsi və ilin sonuna qədər İtaliya istehsalı olan hərbi gəmilər üçün əlavə sifarişin verilməsi gözlənilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş