Qətərin ilk F-15 təyyarəsi ilk uçuşunu tamamladı

Qətərin ilk F-15 təyyarəsi ilk uçuşunu tamamladı

“Boeing” şirkəti tərəfindən Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri (HHQ) üçün istehsal edilmiş F-15QA (Qatar Advanced) döyüş təyyarəsi ilk uçuşunu uğurla tamamlayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Boeing” şirkəti məlumat yayıb.

90 dəqiqəlik uçuş müddətində təyyarənin qalxma və enmə, manevr qabiliyyəti, avionika və radar sistemləri uçuş zamanı yoxlanıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi 2017-ci ildə “Boeing” şirkəti ilə Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri üçün 36 ədəd F-15 qırıcı təyyarənin istehsalına dair 6,2 milyard dollar dəyyərində müqavilə bağlayıb. Təyyarələrin Qətərə çatdırılmasına 2021-ci ildən başlanacaq.

F-15QA təyyarəsi yeni nəsil uçuş idarəetmə sisteminə, rəqəmsal kokpitə, modernləşdirilmiş sensorlara, radar və radioelektron mübarizə sisteminə, eləcə də ən sürətli missiya kompüterinə malik olacaq.

“F-15QA platformasına qoyulan sərmayələr və ABŞ Hərbi Hava Qüvvələri ilə tərəfdaşlıq sayəsində “Boeing” indi inkişaf etmiş F-15EX modifikasiyasını yaratmağa hazırlaşır”, – deyə şirkət bildirib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş