Qabanlar İŞİD terrorçularını parçaladı
İraqın Kirkuk əyalətində yerləşən İŞİD terror qruplaşmasının döyüşçülərinin dislokasiya olunduğu bazaya qaban sürüsü hücum edib.
“AzeriDefence”nin “Iraqi News”a istinadən verdiyi məlumatına görə, hadisə adıçəkilən vilayətin Əl-Raşad rayonunda baş verib.
Belə ki, terrorçular davamlı olaraq nəzarətlərində olan əkin sahələrini qabanlardan qorumaq üçün onlara atəş açıblar. Nəticədə bir neçə qaban öldürülüb. Bundan “qəzəblənən” qabanlar sürü şəkilində İŞİD-çilərə hücum çəkiblər.
Qabanlar ərazidə növbə aparan 3 İŞİD yaraqlısını parçalayıblar.
KATEQORIYA: Müdafiə