Qabon Paramount Groupun “Maverick”ini seçdi

Qabon hökuməti Afrika Kuboku futbol turniri zamanı ictimai asayişin mühafizəsini təmin etmək üçün Paramount Group şirkətinin istehsalı olan “Maverick” tipli nəqliyyat vasitələri satın alıb. Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Nəqliyyat vasitələri tədbir zamanı asayişin qorunmasında istifadə olunacaq. Futbol turniri zamanı “Maverick”in uğurlu istifadəsinin gələcəkdə digər ölkələrin öz daxili təhlükəsizlik ehtiyacları üçün bu maşınları seçiməsinə təkan verəcəyi proqnozlaşdırılır.

Paramount Group şirkətinin prezidenti Ivor Ichikowitz əldə olunmuş razılaşmanı yüksək dəyərləndirib: “Biz Qabon hökumətinə edilən bu yardımdan məmnunuq. Bu daxili təhlükəsizlik vasitəsi ictimai asayişlər zamanı nəzarətçiləri və operatorların maksimum qorumasını təmin edəcək”.

Paramount Group sülhməramlı missiyaların, sərhəd patrul, anti-terror və böhranların idarə edilməsi zamanı istifadə olunan zirehli mühafizə vasitələrinin dünya bazarında aparıcı istehsalçılarından biri kimi tanınır.

Qeyri-aqressiv görünüşə malik, çevik və yüksək müdafiə təklif edən “Maverick” Paramount Group şirkətinin qabaqcıl məhsullarından sayılır. Bu maşın müxtəlif sistemlər – su topu, o cümlədən ictimai aksiyaların pozulması zamanı müdaxilə edilməsi üçün gərəkli avadanlıqlarla təchiz oluna bilir. Bu nəqliyyat vasitəsi hesabına Paramount Group daxili təhlükəsizlik məhsullarını genişləndirmək niyyətindədir.

Şirkətdən o da bildirilib ki, bu il Paramount Group Yüngül Kəşfiyyat Təyyarəsi – ARHLAC-ın ilk test uçuşlarına başlamağı planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş