Qana Ordusu ASELSAN istehsalı radarları inventarına daxil edib

Qana Ordusu ASELSAN istehsalı radarları inventarına daxil edib

Qana Silahlı Qüvvələri Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan ACAR müşahidə radarını inventarına daxil edib.

Bu barədə “Poliqon” “Savunmasanayist”ə istinadən məlumat verir.

ACAR müşahidə radarları gecə və gündüz istənilən hava şəraitində həm quru, həm də dəniz səthindəki hədəfləri aşkarlamaq, izləmək və artilleriya atışlarının koordinasiyasını təmin etmək üçün hazırlanıb.

Qeyd edək ki, ACAR müşahidə radarları Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Cobra” zirehli maşınlarının üzərinə inteqrasiya edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş