Qarabağ cəbhəsində vəziyyət kritikdir: ermənilər yenə itki verib

Ermənilər ATƏT nümayəndəsini Qarabağa gətiribCəbhədəki durumdan əndişələnən ermənilər hər an başlaya biləcək irimiqyaslı hərbi əməliyyatların qarşının alınması üçün ATƏT-in Minsk Qrupunu prosesə müdaxilə etməyə çağırırlar. “AzeriDefence”nin məlumatına görə, qarşı tərəfin səyi sonucunda ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ötən gün axşam saatlarında Xankəndinə gəlib. Irəvandan Ermənistan müdafiə nazirinin helikopteri ilə Azərbaycanın işğal olunmuş ərazisinə uçan Kaspşik, Xankəndində separatçıların lideri Bako Saakyanla görüşüb.

“News Armenia” portalının gecə saatlarında yaydığı xəbərə görə, görüşdə B. Saakyan A. Kaspşiki cəbhədəki vəziyyət barədə məlumatlandırıb. Vəziyyətin nəzarət altına alınması üçün ATƏT-in gərəkli təşəbbüslərlə çıxış etməsini istəyib.

Bu gün gecə saatlarında cəbhədən “AzeriDefence”yə daxil olan məlumata görə, bütün istiqamətlərdə gecə boyu fasilələrlə atışmalar davam edib. Gecə döyüşlər zamanı ermənilərin Füzuli istiqamətində 1, Xocavənd istiqamətində isə 1 itki verdiyi ehtimal olunur. Azərbaycan tərəfi radio rabitəsi vasitəsi ilə ermənilərin ambulans çağırdığını və ön xəttə yaşınlaşan ambulansın dərhal da uzaqlaşdığını müşahidə edib.

Gecə saat 22:45 radələrində isə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz erməni postunda uca səslə sərt mübahisələrin getdiyi qeydə alınıb. Bir saata yaxın davam edən səs-küydən sonra avtomatdan havaya iki atəş açılıb.

Kəşfiyyat məlumatlarına görə, ermənilər ötən gün axşam Qarabağ cəbhəsinin bəzi strateji hissələrindəki birliklərini yeniləri ilə əvəz etməyə başlayıblar

Hazırda vəziyyət tam nəzarətdə saxlanılır.

Bu arada “AzeriDefence”nin baş verən proseslərlə bağlı münasibət öyrəndiyi Azərbaycan Silahlı Qüvvələrinin adının çəkilməsini istəməyən yüksək rütbəli zabiti deyib ki, cəbhədəki vəziyyət hər an genişmiqyaslı hərbi əmıliyyatların başlanmasına rəvac verə bilər. Artıq Azərbaycan Ordusu döyüşə tam hazırdır. Qarşı tərəfdə hərəkətlilik və təlaş müşahidə olunur: “Durum kritikdir. Qəti tapşırıq verilib. Ermənilərin istənilən təxribat cəhdi onların məhvi ilə nəticələnəcək. Onların üzləşəcəyi fəlakəti yaxşı olar ki elə ermənilərin öz mətbuatından izləyəsiniz”.

KATEQORIYA:
Bu xəbəri paylaş