Qarabağda 655 erməni hərbçisinin cəsədi aşkar edilib

Qarabağda 655 erməni hərbçisinin cəsədi aşkar edilib

Ermənistan itkin düşən və ölən hərçbilərin cəsədlərinin axtarışlarını davam etdirir.

“Azeri Defence” Ermənistan mediasına istinadən xəbər verir ki, bu günə qədər 655 erməni hərbçinin cəsədi aşkar olunaraq, ailələrinə təhvil verilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı ofisinin mətbuat xidmətinin rəhbəri Zara Amatuni yaxın vaxtlarda axtarışların Füzuli, Zəngilan, Cəbrayıl və Hardutda aparılacağını deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi cəsədlərin axtarışı üçün icazə verib: “Hazırda cəsədlərin axtarışı Hadrut istiqamətində aparılır. Burada 19 cəsəd tapılıb”.

KATEQORIYA:
Bu xəbəri paylaş