Qarabağda erməni hərbçiləri minaya düşdü – 3 ölü, 1 ağır yaralı

İşğal olunmuş Azərbaycan ərazilərində yerləşən Ermənistan Ordusunun hərbçiləri minaya düşüb.

“AzeriDefence”nin “News.am” saytına istinadən verdiyi məlumata görə, mina partlayışı nəticəsində 3 hərbçi ölüb, 1 nəfər yaralanıb.

Hadisə noyabrın 21-də yerli vaxtla saat 18:35-də cəbhənin şimalında baş verib. Mina partlayışı nəticəsində 1995-ci il təvəllüdlü Qeqam Zakaryan, 1998-ci il təvəllüdlü Sərkis Abramyan və 1997-ci il təvəllüdlü Sərkis Melikyan ölüb, 1997-ci il təvəllüdlü Narek Oveyan isə ağır yaralanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş