Qarabağda Ermənistan Ordusunun hərbçisi ölüb

Cəbhə xəttində atəşkəsi pozan Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu cavab atəşi ilə məhv edilib.

“AzeriDefence”nin ernəni mediasına istinadən verdiyi xəbərə görə, bu barədə qondarma rejimin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oktyabrın 19-da, saat 15:50 radələrində Qarabağda, təmas xəttinin şimal-şərq istiqamətində atəşkəsin pozulması nəticəsində, Ermənistan Silahlı Qüvvələrinin 1998-ci il təvəllüdlü hərbi qulluqçusu Tiqran Xaçatryan güllə yarası alıb. Hərbçi aldığı güllə yarasından ölüb.

Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün təhqiqat işləri aparılır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş