
Qarabağda hərbi hissədə partlayış zamanı erməni hərbçiləri ölüb
Aprelin 1-də Qarabağda hərbi hissələrdən birində partlayış baş verib.
Bu barədə Azeri Defence saytı Ermənistan mediasına istinadən məlumat verib.
Partlayış döyüş sursatlarının daşınması zamanı qeydə alınıb.
Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Jirayr Matevosyan və Qeqam Ovannisyan hadisə nəticəsində ölüblər.
KATEQORIYA: Xəbərlər