Qarabağda Rusiya hərbçiləri helikopterlərdən istifadə etməyə başlayıblar – VİDEO

Rusiyanın ordu aviasiyasının Mi-8 və Mi-24 helikopterləri Qarabağdakı sülhməramlı bölmələrin müşayiətinə başlayıb.

“Azeri Defence”nin Rusiyanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, “Erebuni” aerodromundan qalxan helikopterlər Gorus-Xankəndi marşrutu üzrə hərəkət edən sülhməramlıların havadan müşaiyətini həyata keçirirlər.

Helikopter qruplaşması Dağlıq Qarabağ münaqişəsinin zonasına maddi-texniki əmlakının çatdırılması və çətinliklə gedilə bilən rayonlara sülhməramlı kontingentinin şəxsi heyəti daşınması, havadan əraziyə nəzarət və nəzərdə tutulan rayonlarının havadan monitorinqinin həyata keçirilməsi üçün nəzərdə tutulur.

Sülhyaratma əməliyyatının keçirilməsinə cəlb edilmiş 8 helikopter AN-124 “Ruslan” hərbi nəqliyyat təyyarəsi ilə İrəvan şəhərinə nəql olunub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş