Qarabağda sülhməramlı əməliyyatın aparıldığı ərazilərdə 25 müşahidə postu qurulub – FOTOLAR

Qarabağda sülhməramlı əməliyyatın aparıldığı ərazilərdə 25 müşahidə postu qurulub – FOTOLAR

Dağlıq Qarabağda sülhməramlı əməliyyatın aparıldığı ərazilərdə vəziyyətin gecə-gündüz izlənməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək üçün 25 müşahidə məntəqəsi yaradılıb.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Cənub” cavabdeh zonasında 9 müşahidə məntəqəsi, “Şimal” cavabdeh zonasında 9 müşahidə məntəqəsi və Laçın dəhlizivə Laçın yolunun bir hissəsi – Lısoqorski sovxozu (Turşsu – red.) boyinca 7 müvəqqəti müşahidə postu qurulub.

Məlumatda o da qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin mühəndis bölmələri Laçın dəhlizini və Xankəndinə gedən yolun 28 kilometrlik hissəsini minalardan, partlayış təhlükəsi olan əşyalardan, vurulmuş və zədələnmiş texnikadan təmizləyib. Ötən gündən etibarən Laçın dəhlizi mülki nəqliyyat vasitələrinin tam təhlükəsiz hərəkəti üçün açılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş