Qarabağdakı Ermənistan Ordusu daha bir itki verdi

Cəbhə xəttində işğalçı Ermənistan Ordusunun daha bir təxribatının qarşısı alınıb. “AzeriDefence”nin məlumatına görə, Xocavənd rayonu istiqamətində bu gün səhər saatlarında Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs rejimi pozulub. Azərbaycan əsgərlərinin həyata keçirdikləri cavab tədbirləri nəticəsində düşmənin Aram Barseqyan adlı əsgəri yaralanıb.

Vəziyyəti ağır olan yaralı əsgər Əsgəran hərbi hospitalına yerləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş