Qarabağın hava məkanında PUA “sürüsü”: görür, çəkir, vurur – FOTO

Qarabağın hava məkanında PUA “sürüsü”: görür, çəkir, vurur – FOTO

Hazırda aktiv döyüş əməliyyatlarının davam etdiyi Qarabağın hava məkanında Azərbaycan pilotsuz uçuş aparatlarının şəriksiz üstünlüyünə sahibdir.

Azeri Defence saytının məlumatına görə, Azərbaycan Ordusu həm kəşfiyyat PUA-ları, həm zərbə PUA-ları, həm də kamikadze dronlarla (gəzən sursatlar) döyüşlər gedən ərazilərdə düşmənin kabusuna çevrilib.

Kamikadze PUA-lar vasitəsi ilə düşmənin nəinki ön xətdəki canlı qüvvəsi və hərbi texnikaları, hətta cəbhənin dərinliyindəki hərbi obyektləri müşahidə olunub və məhv edilib.

Müdafiə Nazirliyinin yaydığı məlumat və görüntülərdə Şuşakənd yaxınlığında Xankəndi şəhərinin hava hücumundan müdafiəsini həyata keçirən S-300 zenit-raket kompleksinin kamikadze PUA vasitəsi ilə məhv edildiyi əksini tapıb.

Bu, həm də tarixdə hava hücumundan müdafiə üçün təyinatlandırılmış S-300 ZRK-nin kamikadze PUA vasitəsi ilə məhv edilməsi sayıla bilər.

Artıq düşmənin Qarabağdakı hava hücumundan müdafiə sisteminin əsas hissəsinin məhv edilməsi Azərbaycanın pilotsuz uçuş vasitələrinin Xankəndi şəhəri üzərində uçuşuna imkan verib. Ermənilərin yayımladığı videoda Xankəndi şəhəri üzərində uçan PUA-nın yaratdığı vahimə və panika görünür.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yayımladığı döyüş meydanında düşmən texnikasının vurulması videosunda (40-cı saniyə) ərazidə uçan ikinci PUA (“Zərbə” kamikadze PUA-ya bənzəyir) diqqət çəkib. Bu bir daha onu göstərir ki, “sürü” halında döyüş əməliyyatları zonasına buraxılan Azərbaycanın PUA-ları hava məkanında faktiki hökmranlıq edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş