“Qaraheybət – 2017” təlimi çərçivəsində yüksək səviyyəli qonaqlar günü keçirilib

İyunun 1-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yüksək Səviyyəli Qonaqlar Günü təlimi Müdafiə Nazirliyinin general heyəti ilə birgə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi izləyiblər.

Həmin gün qonaqlar “N” saylı hərbi hissədə də olaraq burada yaradılan şəraitlə tanış olublar.

Təlim iyunun 3-də sona çatacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş