Qazax istiqamətində Ermənistan Ordusunun hərbçisi zərərsizləşdirilib

Qazax istiqamətində Ermənistan Ordusunun hərbçisi zərərsizləşdirilib

Dövlət sərhədində atəşkəs rejimini pozan Ermənistan Ordusunun bir hərbçisi yaralanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Sputnik”ə açıqlamasında Tavuş rayonu istiqamətində Ermənistan Ordusunda müqavilə əsasında xidmət edən bir hərbi qulluqçunun yaralandığını təsdiqləyib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, bu gün saat 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində DSX Sərhəd Qoşunlarının sərhəd döyüş məntə­qələri və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən  Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfəng­lərindən intensiv atəşə tutul­ub.

Düşmən təxribatının qarşısı alınıb. Sərhəd döyüş məntəqə­ləri­nə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş