Qazaxda atəşkəsi pozan erməni hərbçisi gözündən vuruldu -düşmən 3 yaralı verdi

Qazaxda atəşkəsi pozan erməni hərbçisi gözündən vuruldu -düşmən 3 yaralı verdi

Bu gün Qazax rayonu istiqamətində təxribata cəhd göstərən Ermənistan Ordusunun üç hərbi qulluqçusu Azərbaycan sərhədçilərinin sərrast atəşi nəticəsində yaralanıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, yaralılar Noemberyan rayon xəstəxanasına yerləşdirilib.

Növbətçi həkim Naira Taryanın “News Armenia” portalına verdiyi məlumata görə, yaralılardan biri gözündən, digərləri isə əl və ayağından vurulub.

Yaralıların İrəvana Mərkəzi Hərbi Hospitala aparılacağı bildirilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi mayor Şuşan Stepanyan əsgərlərin yaralanması faktını “Facebook” hesabında təsdiqləyib. Lakin nazirlik sözçüsü həkimdən fərqli olaraq iki hərbi qulluqçunun yaralandığını açıqlayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələri martın 30-da saat 17:30-dan başlayaraq Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən mövqelərindən Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələrini iriçaplı silahlardan atəşə tutub.

Düşmən təxribatının qarşısı alınıb, Azərbaycanın yaşayış məntəqələrinə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş