Qazaxda DSX-nin əsgəri şəhid olub

Qazaxda DSX-nin əsgəri şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozması nəticəsində Dövlət Sərhəd Xidmətinin əsgəri şəhid olub.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

DSX-nin məlumatında bildirilir ki, yanvarın 7-i saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş