Qazaxıstan С-295 hərbi-nəqliyyat təyyarəsi alır

Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) daha bir С-295 hərbi-nəqliyyat təyyarəsi alır.

“AzeriDefence”nin Qazaxıstan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, sayca 5-ci olan С-295 Almatada eniş edib.

Yüngül turbovintli С-295 şəxsi heyət və yük daşımaları, o cümlədən digər hərbi məqsədlər üçün nəzərdə tutulub.

С-295 nəqliyyat təyyarəsi 71 hərbçini, yaxud 48 desantı və ya 24 yaralını tibbi personalı ilə birgə daşımaq imkanına malikdir. Təyyarənin yükdaşıma qabiliyyəti 9,2 tondur.

Təyyarələr Qazaxıstan Müdafiə Nazirliyi ilə “Airbus Military” şirkəti ilə arasında əldə olunan saziş əsasında həyata keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş