Qazaxıstan 8 ədəd EC-145 sifarişini verdi

Qazaxıstan hökuməti 45 ədəd ikimühərrikli helikopterin satın alınmasına dair müqavilə çərçivəsində “Eurocopter Kazakhstan Engineering” birgə müəssisəsinə 8 ədəd EC-145 tipli çoxməqsədli helikopter sifariş verib. “AzeriDefence”nin məlumatına görə, bu barədə razılaşma Astanda keçirilən KADEX-2012 hərbi sərgisində imzalanıb.

“Eurocopter” şirkətinin yaydığı məlumata görə, bunlardan tibbi evakuasiya konfiqurasiyasında olacaq 6 helikopter Fövqəladə Hallar Nazirliyi, 2-si isə Müdafiə Nazirliyi (axtarış-xilasetmə əməliyyatları aparmaq üçün) üçün nəzərdə tutulur.

“Eurocopter” şirkətinin qlobal biznes və xidmətlər üzrə vitse-prezidenti Olivier Michalonun sözlərinə görə, yeni sifariş Qazaxıstan ilə uğurlu əməkdaşlığın nəticəsi kimi dəyərləndirilə bilər: “Bu ölkənin aviasiya sektorunun inkişaf baxımından “Kazakhstan Engineering” ilə bizim birgə yeni bir addımımızdır”.

KATEQORIYA:
Bu xəbəri paylaş