Qazaxıstan ABŞ-dan hərbi helikopterlər alıb

Qazaxıstan ABŞ-dan “Xyu-2” çoxfunksiyalı hərbi helikopterlər alıb.

“AzeriDefence”nin ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, satış ABŞ hökumətinin “Xaricə hərbi ixrac” proqramı çərçivəsində həyata keçirilib.

Bununla bağlı keçirilən mərasimdə bildirilib ki, 2006-cı ildə imzalanan hərbi-texniki əməkdaşlıq sənədinə əsasən 4-cü “Xyu-2” helikopteri Qazaxıstan Ordusuna təhvil verilib.

Helikopterin satış qiyməti 7 milyon ABŞ dollarıdır.

İlk iki helikopter Qazaxıstan Ordusuna 2007-ci ildə, 2016-cı ilin aprelində isə 3-cü helikopter qazax hərbçiləri tərəfindən təhvil alınıb.

Əldə olunan razılaşmaya əsasən ABŞ-ın Qazaxıstana ümumilikdə neçə helikopter verəcəyi haqda məlumat verilməyib.

Qeyd edək ki, “Xyu-2” çoxfunksiyalı helikopter ABŞ-ın “Bell Helicopter” şirkəti tərəfindən istehsal olunub. Helikopter 12 nəfərlik heyətin daşınması üçün nəzərdə tutulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş