Qazaxıstan Belarusdan mobil səhra hospitalları alır

Qazaxıstan Belarusdan mobil səhra hospitalları alır

Qazaxıstan Belarusun “Midivisana” şirkətindən mobil səhra hospitalları alır.

Bu barədə “Azeri Defence” Qazaxıstanın RQP “Kazspeseksport” təşkilatına istinadən məlumat verib.

RQP “Kazspeseksport” və Belarusun “Midivisana” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində MPİQ-68 tipli mobil səhra hospitallarının alınması nəzərdə tutulur.

MPİQ-68 hospitalları yoluxucu xəstələrin yerləşdirilməsi üçün hazırlanıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş