Qazaxıstan Daxili Qoşunlarının kəşfiyyat maşınlarını müasirləşdirilir

Qazaxıstanın ISIR şirkəti bu ölkənin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kəşfiyyat maşınlarını müasirləşdirəcək. Bu barədə AzeriDefence İSİR şirkətinin saytına istinadən məlumat verib.

Bu günlərdə keçirilmiş təqdimatda bildirilib ki, müasirləşdirmədən sonra kəşfiyyat maşınları müasir döyüş informasiya-naviqasiya sistemlərinə malik olacaq. Hansı ki, ən yaxın perspektivdə Daxili Qoşunlarının taktik rabitə-idarə etmə sisteminə birləşdiriləcək.

Müasirləşdirmədən sonra kəşfiyyat maşını axtarış və lazer hədəf təyinedicinin köməyi ilə hədəfləri aşkarlaya, uzaqlığını müəyyənləşdirə, elektron xəritədə təsvirlə aşkar edilmiş hədəflərin koordinatlarını təyin edə biləcək. Avtomatlaşdırılmış idarə etmə və döyüş informasiya sisteminin köməyi ilə naviqasiya məlumatlarını fasiləsiz emalı, möhkəm radio əlaqənin qurulaması, radiopelenqasiyanın aparılması, radio siqnallar ilə idarə olunan partlayıcı qurğuların bloklanması imkanları əldə olunacaq.

Maşına qurulan QALS-D3M döyüş informasiya-idarəetmə sistemi modernləşmənin ən əhəmiyyətli elementidir.

KATEQORIYA:
Bu xəbəri paylaş