Qazaxıstan dəniz minalarının istehsalına hazırlaşır

Qazaxıstanın “Ziksto” Səhmdar Cəmiyyəti dəniz minalarının istehsalına hazırlaşır.

Bu barədə “AzeriDefence”yə Qazaxıstanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Müəssisə birincı mərhələdə Qazaxıstan Hərbi-Dəniz Qüvvələrləri üçün dörd təcrübi nümunə istehsal etməyi təklif edir.

“Bizim zavodumuz bəzi nümunələri hazırlayır və onları başa çatdırmaq üzərəyik. Sınaqlardan sonra Xəzər sahillərinin müdafiəsi üçün bu nümunələrdən istifadə etmək mümkün olacaq”, – deyə “Ziksto” Səhmdar Cəmiyyətinin baş direktoru Valeri Spisin bildirib.

Müəssisə rəhbəri 2015-ci ildə Rusiya ilə minaların iki nümunəsinin çatdırılmasına dair müqavilə imzalandığını qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş