Qazaxıstan Fransa şirkəti ilə birgə sualtı aparatlar istehsal edəcək

Qazaxıstan Fransanın “ECA Robotics” şirkəti ilə birlikdə sualtı aparatların istehsalını qurmağı planlaşdırır.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

“Kazakhstan Engineering” şirkətindən bildirilib ki, qrupa daxil olan “Hidropribor” Elmi-Tədqiqat İnstitutunun nəzdində bu yaxınlarda Qazaxıstan HDQ-nin istifadəsində yer alan “ECA Robotics” istehsalı olan sualtı aparatların təmir və servisini həyata keçirən laboratoriya istifadəyə veriləcək. Laboratoriya üçün yer seçilib, lazımlı avadanlıq və cihazlar alınıb.

“Laboratoriyanın mövcudluğu xarici partnyorun iştirakıyla innovasiya yüksəktexnologiyalı məhsulunun mənimsənməsində xüsusi əhəmiyyət daşıyır”, – deyə məlumatda qeyd olunub.

Növbəti mərhələdə laboratoriyanın sertifikatlaşdırılması və personala təlimlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Qazaxıstan ötən illərdə “ECA Robotics” şirkətindən A9 avtonom sualtı aparatlar, aşkar olunuş minayabənzər obyektlərin təsnifləndirilməsi üçün 300 m dərinliyə enə bilən K-STER İ teleidarəedicili sualtı aparatlar (TBSA) və K-STER C mina məhv edən sualtı aparatlar alıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş