Qazaxıstan “Gələcəyin Əsgəri” təchizatını hazırlayacaq

Qazaxıstan “Gələcəyin Əsgəri” layihəsinə başlamağı planlaşdırır.

Bu barədə “AzeriDefence”yə Müdafiə və Aerokosmik Sənaye Nazirliyindən məlumat verilib.

Bu günlərdə layihə Müdafiə və Aerokosmik Sənaye Nazirliyində Silahlı Qüvvələrin və hərbi sənaye şirkətlərinin iştirakı ilə müzakirə olunub.

Qeyd edək ki, hazırda dünyanın 50-dən çox ölkənin ordusu “Gələcəyin Əsgəri” təchizatına malikdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş