Qazaxıstan HDQ-nin komandanı planların açıqladı

Yaxın vaxtlarda Dəniz Qüvvələrinin sahil raket qoşunlarının yaradılması məsələsinə baxılacaq

Qazaxıstan qarşıdakı dövrdə Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin formalaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. “AzeriDefence”nin məlumatına görə, Qazaxıstan HDQ-nin komandanı, kontr-admiral Candarbek Janzakov Kazinform agentliyinə müsahibəsində bu sahədə həyata keçirilmiş və keçiriləcək bir çox məsələlərdən danışıb.

Hərbi Dəniz Qüvvələrinin inkişafının əsas istiqamətlərindən birinin müasir texniki-təchizat və silahlanma ilə bağlı olduğunu deyən HDQ komandanının sözlərinə görə, Qazaxıstan böyük gəmiqayırma proqramının reallaşdırması istiqamətində işlər aparır. Yerli müəssisələrin imkanları öyrənilib və Uralskda “Zenit” zavodu seçilib.

“Sovet vaxtına bu zavod hərbi dəniz təyinatının məhsul istehsalı ilə məşğul olurdu. Bundan başqa, Ural çayına zavodun yaxınlığı öz rolunu oynadı, hansı ki, Xəzər dənizinə çıxış var. Bu proqram müvəffəqiyyətlə reallaşır və Qazaxıstan gəmiqayırma ölkəsi oldu. Zavod Hərbi-Dəniz Qüvvələrinə bu günədək müxtəlif sinifli 17-dən çox gəmi və kater tikib. Aprelin 25-də bizim birinci raket-artilleriya gəmimiz suya endirildi. Hərbi sənaye kompleksimiz üçün bu böyük nailiyyətdir. Yeni gəmi əvvəlkilərdən prinsipial olaraq su basımı üzrə (250 ton), həmçinin silahlanmasına görə fərqlənir. Gəmi raket sistemlərinə malikdir. Müasir mühərriklər, o cümlədən naviqasiya və rabitə vasitələri ilə təchiz edilib”.

C. Janzakov həmçinin əlavə edib ki, keçən ildən Aktauda hərbi dəniz bazası formalaşdırılıb. Hansı ki bu baza Qazaxıstan HDQ-nin maddi-texniki və döyüş təminatının əsas bölmələrindən biridir. Bu il Xəzər dənizinin Qazaxıstan sektorunun bütün sualtı və suüstü hissəsini əhatə edən müşahidə sisteminin yaradılması üçün böyük proqram başlanıb. Yaxın vaxtlarda HDQ-nin sahil raket qoşunlarının yaradılması məsələsinə baxılacaq.

Komandan onu da əlavə edib ki, 2011-ci ildə dənizə çıxışların miqdarı 120-dən çox gün olub. Qonşu dövlətlərin müvafiq qurumları ilə qarşılıqlı əlaqələrə malik olduqlarını söyləyən C. Janzakovun sözlərinə görə, Rusiya və Azərbaycanın Hərbi-Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq yaradılıb. Hazırda Türkmənistanın yeni yaradılan Hərbi-Dəniz Qüvvələri ilə əməkdaşlıq inkişaf etdirilir. Bu ilin payızında Qazaxıstan HDQ Rusiyanın Xəzər flotiliyasının gəmiləri ilə birgə komanda-qərargah təlimi keçirməyi planlaşdırır.

“Xəzəryanı dövlətlərdən başqa, biz ABŞ-ın HDQ-i ilə əməkdaşlıq edirik. Hər il 3-4 zabitimiz Fars körfəzində ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin 5-ci donanmasının gəmilərində xüsusi təcrübə keçir. Həmçinin Türkiyə və başqa ölkələrin donanmaları ilə müxtəlif məşqlər təşkil olunacaq”, – deyə kontr-admiral vurğulayıb.

C. Janzakov deyib ki, Qazaxıstan çox böyük HDQ-nin yaradılmasını hədəf kimi qarşıya qoymur. Qazaxıstan hərbi donanması kəmiyyətcə kiçik, amma mobil və yaxşı təchiz edilmiş olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş