Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri modernləşdirilə bilər

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Jandarbek Janzakov  “Zenit” gəmi tikinti zavodunda olub.

Bu barədə məlumat “AzeriDefence”yə “Kazakhstan Engineering”in mətbuat xidmətindən verilib.

Zavoda baxış zamanı yerli gəmi tikinti şirklətlərinin imkanları müzakirə olunub və görüləcək işlər müzakirə edilib.

HDQ-nın komandanı bildirib ki, görüş zamanı hərbi gəmilərin modernləşdirilmə imkanları da müzakirə mövzusu olub. Onun sözlərinə görə, 5 ildən artıq istifadə olunan gəmilərin modernləşdirilməsinə ehtiyac var: “Biz əsas iki sual üzrə müzakirələr apardıq. Birincisi, gəmilərimizə Fransa istehsalı olan gəmi əleyhinə raket sistemlərinin quraşdırılması oldu. Digəri isə Fransa texnologiyalarından və təcrübəsindən istifadə edərək milli məhsulun yaradılmasıdır”.

Məlumatda o da qeyd olunub ki, hazırda Fransanın MBDA şirkəti Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin gəmilərinin modernləşdirilməsi prosesində iştirak imkanı qazanıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş