Qazaxıstan hərbi donanmasını yeni gəmilərlə gücləndirir

Qazaxıstan yaxın 5 ildə Hərbi Dəniz Qüvvələrini yeni raket-artilleriya və desant gəmiləri ilə gücləndirməyi planlaşdırır.

Bu barədə “AzeriDefence”yə KADEX-2016 sərgisində iştirak edən Qazaxıstan HDQ-nin nümayəndəsi bildirib.

Hazırda Qazaxıstan bununla bağlı Türkiyə, Almaniya və Rusiyadan təklif olunmuş bir neçə layihəni nəzərdən keçirir. Sərgi çərçivəsində Qazaxıstan HDQ ilə Almaniyanın “Abeking&Rasmussen” şirkəti arasında raket-artilleriya gəmilərinin, Türkiyənin DEARSAN şirkəti ilə 65 metrlik çoxməqsədli hərbi gəmilərin inşasına dair memorandum imzalanıb.

Paralel olaraq İngiltərəyə məxsus şirkətin təklif etdiyi hava yastıqlı amfibiya gəmisi layihəsi müzakirə olunur.

Bununla bərabər yerli tərsanədə “Qazaxıstan” layihəli daha 4 gəminin inşası nəzərdə tutulur. Bu gəmilər silahlanmadakı eyni gəmilərdən özünün müasir naviqasiya, silah və radioelektron mübarizə sistemlərinə görə fərqlənəcək.

HDQ nümayəndəsi 2014-cü ildə Çinin “Poly Technologies” şirkətinin də Qazaxıstan HDQ-nə raket-artilleriya gəmisinin inşası barədə təklif verdiyini lakin bu təklifdən müzakirələrdən sonra imtina edildiyini bildirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş