Qazaxıstan hərbi gəmilərini yeni formada inşa edəcək

Qazaxıstanın “Zenit” gəmiqayırma zavodunda tikiləcək hərbi gəmilər yeni formada inşa ediləcək.

“AzeriDefence”nin “Kazakhstan Engineering”in mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, “Zenit” gəmi zavodu ilkin olaraq 600 ton çəkisi olan gəmilərin inşasına başlamaq niyyətindədir.

Bundan başqa zavodda hazırda Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin parkında olan gəmilərin də əsaslı modernləşmə aparılacaq. Əsaslı modernləşmədən sonra gəmilərin xairici görünüşü əhəmiyyətli şəkildə dəyişiləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş