Qazaxıstan Hərbi Hava Qüvvələri döyüş təyyarələri parkını yeniləyir

Qazaxıstan Hərbi Hava Qüvvəlləri döyüş təyyarələri parkını yeniləyir.

“AzeriDefence”nin məlumatına görə, Qazaxıstanın müdafiə nazirinin müavini Okas Saparov bildirib ki, bu il Qazaxıstan Müdafiə Nazirliyi Rusiyadan 2 ədəd Su-30 və daha iki Mi-17 helikopteri satın alacaq.

O əlavə edib ki, 2014-cü ildə isə ölkəsi 4 ədəd Su-30 döyüş təyyarəsi almışdı.

O. Saparovun sözlərinə görə, Qazaxıstan daha bir neçə Mi-17 helikopteri satın alacaq. Satınalma 2017-ci il ərzində reallaşacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş