Qazaxıstan iki yeni C295 hərbi nəqliyyat təyyarəsi alır

Qazaxıstanın Müdafiə Nazirliyi Fransanın “Airbus Defence and Space” şirkəti ilə 2 ədəd C295 hərbi nəqliyyat təyyarəsinin alğı-satqısına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”  “Airbus Defence and Space” şirkətinə istinadən məlumat verib.

Bununla da Qazaxıstan Hərbi Hava Qüvvələri 8 C295 təyyarəsinə sahib olacaq. Bundan əvvəl – 2013-2016-cı illərdə Qazaxıstan 6 ədəd C295 təyyarəsi alıb.

Qazaxıstandan əlavə Özbəkistan da 4 ədəd C295 təyyarəsi sifariş verib.

KATEQORIYA:
Bu xəbəri paylaş