Qazaxıstan ilk “Marauder”lərini 2016-cı ildə alacaq – FOTO

Qazaxıstan Silahlı Qüvvələri 2016-cı ildə yerli müəssisədə istehsal edilmiş zirehli maşınların ilk partiyasını alacaq.
Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda “Kazakhstan Paramount Engineering” müəssisəsində Müdafiə Nazirliyinin sifarişinin reallaşdırması başlanıb.

Müəssisədə CAR-ın “Paramount Group” şirkəti ilə müştərək “Marauder”, “Mbombe” və daxili təhlükəsizlik maşınları istehsal ediləcək.

“Kazakhstan Paramount Engineering” müəssisəsinin direktoru Erbol Salimovun sözlərinə görə, bu maşınlar mina əleyhinə yüksək müdafiəyə malikdir. Maşının döşəməsinin altında 8 kq, təkərin altında 14 kq partlayışa dözür, habelə heyəti SVD və zirehdələn güllələrdən qoruyur.

Nazirlik bəyan edib ki, yeni açılan zavod ildə 120 belə zirehli maşın istehsaı gücünə malikdir.

Qazaxıstanın Ordusu üçün yerli müəssisədə “Kazakhstan Paramount Engineering” şirkəti ilə birgə istehsal olunan “Marauder” zirehli nəqliyyat vasitələri ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu ilə silahlandırılır.

Qeyd edək ki, Qazaxıstan Silahlı Qüvvələrinin “Marauder” maşınları ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu ilə silahlandırılacaq.

????????????????????????????????????

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş