Qazaxıstan istehsalı olan zirehli maşınlar Küveyt Ordusunda sınaqdan keçiriləcək

Qazaxıstan istehsalı olan zirehli maşınlar Küveyt Ordusunda sınaqdan keçiriləcək

“Kazakhstan Paramount Engineering” şirkətinin (KPE) istehsalı olan zirehli maşınların bu ilin yay aylarında Küveyt Əmirliyində sınaqlarının keçirilməsi planlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, bununla bağlı məsələ Qazaxıstanın Küveytdəki səfirinin Küveyt Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi ilə görüşündə razılıq əldə olunub.

Zirehli maşınların isti səhra şəraitində +60 dərəcəyə yaxın temperaturda sınaqlarının keçirilməsi nəzərdə tutulur.

Sınaqlarda hansı maşınların iştirak edəcəyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, hazırda KPE tərəfindən “Paramount Group” şirkəti ilə birlikdə 4×4 “Arlan” (orijinal adı “Marauder”), 6×6 və 8×8 “Barıs” (orijinal adı “Mbombe”) zirehli döyüş, “Nomad” daxili təhlükəsizlik və İsrailin “Plasan” şirkətinin lisenziyası ilə 4×4 “Alan” (“SandCat”) zirehli maşınları istehsal edilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş