Qazaxıstan KADEX-2020 üçün hazırlaşır

Qazaxıstan KADEX-2020 üçün hazırlaşır

28-31 may 2019-cu il tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçiriləcək KADEX-2020 VI Beynəlxalq Silah və Texnologiya sərgisinə hazırlıq davam edir.

Sərginin təşkilat komitəsindən “AzeriDefence”yə verilən məlumata görə, Qazaxıstan Hərbi Hava Qüvvələrinin Nur-Sultan şəhərindəki aviasiya bazasında təşkil olunacaq sərgidə silah sistemləri, müxtəlif müdafiə texnologiyaları, aerokosmik sənaye və informasiya təhlükəsizliyinə aid məhsullar nümayiş etdiriləcək.

Sərginin təşkilatçısı qismində Qazaxıstanın Sənayenin və İnfrastrukturun İnkişafının Nazirliyi, Müdafiə Nazirliyi, “Kazakhstan Engineering” Milli Şirkəti SC və “Kazspeseksport” şirkəti çıxış edir.

Nur-Sultan şəhərində (Astana) 2010-cu ildən, iki ildə bir dəfə keçirilən KADEX sərgisi Mərkəzi Asiya regionunda müdafiə sənayesinin son nailiyyətlərinin nümayişi və mütəxəssislərin fikir mübadiləsi üçün mühüm platformaya çevrilib. Sərgidə aşağıdakı tematika üzrə məhsullar nümayiş etdirilir.

  • Yerüstü texnikalar və silahlar
  • Mülki və hərbi təyinatlı aviasiya
  • Hərbi dəniz texnikası və silahları
  • Kosmik texnologiyalar və IT həllər
  • Mühəndis texnikası və arxa cəbhə təminatı

KADEX sərgisində dünyanın 35 ölkəsindən 350-dən çox şirkət iştirak edir. Ənənəvi olaraq sərgi 50 rəsmi nümayəndə heyəti tərəfindən ziyarət olunur. Sərgidə 700-ə yaxın hərbi texnika əyani nümayiş olunur.

Qeyd edək ki, 2014-cü ildən AZERİ DEFENCE jurnalı KADEX sərgisinin rəsmi media tərəfdaşı qismində çıxış edir. 

 

KATEQORIYA:
Bu xəbəri paylaş