Qazaxıstan koronavirusla mübarizədə PUA-lardan geniş istifadə edir

Qazaxıstan koronavirusla mübarizədə PUA-lardan geniş istifadə edir

Qazaxıstan yeni koronavirus COVID-19 epidemiyası ilə mübarizə aparamaq üçün KazUAV şirkətinin pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir.

Bu barədə “AzeriDefence”ə  KazUAV şirkətindən məlumat verilib.

Bildirilib ki, KazUAV Qazaxıstanda koronavirusun yayılmasının qarşısını almaq üçün qurulan əməliyyat qərargahına birbaşa dəstək verir.

Qazaxıstanın hüquq-mühafizə orqanları KazUAV dronları ilə paytaxt Nur-Sultan şəhərində və paytaxtın çıxışlarında müşahidə-nəzarət apararaq sürətli patrul xidməti həyata keçirir.

Elektro-optik və infraqırmızı sensorla təchiz olunan PUA-lar bütün məlumatları, habelə maraq doğuran obyektlərin dəqiq koordinatlarını birbaşa əməliyyat qərargahının komandanlıq mərkəzinə ötürür.

 

KATEQORIYA:
Bu xəbəri paylaş