Qazaxıstan koronovirus təhlükəsinə görə KADEX-2020 sərgisinin vaxtını dəyişdi

Qazaxıstan koronovirus təhlükəsinə görə KADEX-2020 sərgisinin vaxtını dəyişdi

Qazaxıstan hökuməti koronovirus (COVID-19) təhlükəsi ilə əlaqədar olaraq may ayında Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılan altıncı KADEX-2020 beynəlxalq müdafiə sərgisinin vaxtını dəyişib.

Bu barədə “AzeriDefence”yə sərginin təşkilat komitəsindən məlumat verilib.

Növbəti KADEX sərgisi 10-13 iyun 2021-ci il tarixlərində Nur-Sultan şəhərində keçiriləcək.

Qeyd edək ki, KADEX beynəlxalq müdafiə sərgisi iki ildə bir dəfə təşkil olunur. Azərbaycandan AZERİ DEFENCE jurnalı sərginin rəsmi media tərəfdaşıdır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş