Qazaxıstan Mi-35-lərin sayını artırır

Qazaxıstan Mi-35-lərin sayını artırır

Qazaxıstanın Hərbi Hava Qüvvələri Rusiyadan alınmış Mi-35M tipli 4 yeni zərbə helikopterini silahlanmaya qəbul edib.

Bu barədə “AzeriDefence” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib

Helikopterlər HHQ-nin Qazaxıstanın qərbindəki aviasiya bazalarından birində yerləşdirilib.

Mi-35M yüksək uçuş-texniki xüsusiyyətlərinə malikdir və müxtəlif meteoroloji şərtlərlərdə effektiv tətbiq edilə bilər.

Əsas döyüş təyinatından başqa Mi-35M helikopterləri şəxsi heyətin və yüklərin daşınması, yaralıların təxliyyəsi üçün istifadə oluna bilər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş