Qazaxıstan Mi-35M döyüş helikopterləri alır

Qazaxıstan Silahlı Qüvvələri Rusiyanın “Vertalyotı Rosii” şirkətindən Mi-35M helikopterləri alır.

Bu barədə “AzeriDefence”yə məlumat “Vertalyotı Rosii” şirkətindən verilib.

Ölkələr arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində imzalanan müqaviləyə əsasən Rusiyadan 4 helikopter Qazaxıstan Ordusunun istismarına veriləcək.

Hazırda Qazaxıstanın helikopter parkında “Vertalyotı Rosii” şirkətinin istehsalı olan 2 min bu tipli texnika var.

Hazırda şirkət Qazaxıstanda Мi-8/17, Ка-32A11VC, Мi-24V və Мi-26T helikopterlərinin modernləşməsini də həyata keçirir.

Məlumatda o da qeyd olunub ki, Mi-35M mərhələli şəkildə hazırda helikopter parkında olan Mi-24-ləri əvəzləyəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş