Qazaxıstan Mi-8AMT helikopterlərinin istehsalına başlayır

“Rusiya Helikopterləri” şirkəti ilə “Kazakhstan Engineering” milli şirkəti və “405 nömrəli aviatəmir zavodu” arasında Mi-8AMT helikopterlərinin Qazaxıstanda istehsalına dair memorandum imzalanıb.

Bu barədə “AzeriDefence”yə “Rusiya Helikopterləri” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Memorandumda Qazaxıstanda helikopterlərin yığım vasitəsi ilə istehsalı və onlara texniki dəstəyin göstərilməsi nəzərdə tutulur. Şirkətin məlumatında qeyd olunub ki, 2025-ci ilə qədər Qazaxıstanda 45 ədəd Mi-8AMT/Mi-171 helikopterinin yığılması planlaşdırılır.

Memoranduma uyğun olaraq tərəflər ilin sonuna kimi birinci 3 helikopterin hissələrinin yığım üçün Qazaxıstan müəssisəsinə çatdırılması barədə müqaviləni imzalamağı düşünürlər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş