Qazaxıstan Müdafiə Nazirliyi EC725 helikopterləri alır

Eurocopter şirkəti Qazaxıstan Müdafiə Nazirliyi ilə 20 ədəd EC725 helikopterinin çatdırılmasına dair niyyət protokolu imzalayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Eurocopter şirkətinin yaydığı press-relizdə bildirilib.

Niyyət protokoluna əsasən helikopterlər Qazaxıstanda “Eurocopter Kazakhstan” şirkəti tərəfindən yığılacaq.

EC725 Eurocopterin 11 metrik tonluq “Cougar” hərbi helikopter sinfinə aiddir. Çox funksiyalı EC725 müxtəlif əməliyyatlarda istifadə oluna bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş