Qazaxıstan müəssisəsi ZU-23-2 zenit qurğusunu modernizə edib

Qazaxıstanın “Kazakhstan Engineering” şirkəti ZU-23-2 zenit qurğusunu müasirləşdirib.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

“Petropavlovsk Ağır Maşınqayırma Zavodu” SC tərəfindən həyata keçirilmiş modernləşdirmə nəticəsində zenit qurğusu üzərinə əlavə  olaraq iki ədəd “İqla” daşınan zenit-raket kompleksi də əlavə edilib. Bundan başqa, qurğu yeni gecəgörmə və termal nişangahla təchiz olunub.

Yenilənmə günün müxtəlif vaxtlarında və hava şəraitlərində geniş spektrdə hava vasitələri ilə 2000 metrdən 6000 metrədək uzaqlıqda effektiv mübarizə aparmağa imkan verəcək.

Modernizə edilmiş ZU-23-2 zenit qurğusunun 2017-ci ildə qoşun sınaqlarının keçirilməsi planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş