Qazaxıstan Ordusu yeni zirehli maşınla təchiz olunacaq

Qazaxıstan Silahlı Qüvvələri yerli istehsal olan yeni zirehli maşınla təchiz olunacaq.

“AzeriDefence” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Barıs” (Paramount Group şirkətinin “Mbombe” piyada döyüş maşını) zirehli döyüş maşını Astana yaxınlığında yerləşən “Kazakhstan Paramount Engineering” şirkətinin müəssisəsində istehsal olunur.

Texnika ordunun tələbatına uyğun sayda istehsal olunacaq və ilk olaraq Quru Qoşunların arsenalına veriləcək.

Məlumatda o da qeyd olunub ki, maşının zireh korpusu 3 STANAG səviyyəsindədir və yerüstü minaya, kustar üsulla hazırlanmış partlayıcı vasitələrə, yanakı partlayışlara, o cümlədən RPQ atəşinə davamlıdır.

“Barıs”ın çəkisi 22,5 tondur, təkərli olduğundan sürətini saatda 110 km-ə qədər yüksəldə bilir. Yüksək effektli döyüş maşını kimi xarakterizə olunan maşın avtomatik top və pulemyotla təchiz olunub.

Texnikada maşının ekipajı və daşınan heyət üçün bütün şərait yaradılıb.

Xəbərdə o da qeyd edilib ki, hazrıda adıçəkilən müəssisə “Arlan” döyüş maşınının silahlı qüvvələrə veriləcək partiyasının hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş