Qazaxıstan Ordusuna məxsus BTR -80 zirehli transportyorunun Xəzər Dənizində batma anı -VİDEO

Aktau şəhərində keçirilən “Mərkəz-2015” hərbi təlimlərində BTR-80 zirehli transportyorunun batması anının görüntüləri yayılıb. 

“AzeriDefence”nin məlumatına görə, görüntülərdə 4 ədəd BTR -80 transportyorunun güclü dalğalarda sahilə yaxınlaşdığı görünür. Onlardan biri sahilə yaxınlaşarkən batır.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, BTR -80-in batması nəticəsində 4 hərbi qulluqçu həlak olub.

 

http://youtu.be/Jvt9Uvc0m0E

KATEQORIYA:
Bu xəbəri paylaş