Qazaxıstan Paramount Group ilə zirehli döyüş texnikaları istehsal edəcək

Qazaxıstan CAR-ın Paramount Group şirkəti ilə birgə zirehli maşınların istehsalını həyata keçirəcək. Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Astanada ötən gün təməli qoyulan zavoda Kazakhstan Engineering milli şirkəti CAR-ın Paramount Group şirkəti ilə birlikdə təkərli döyüş texnikalarının istehsalını reallaşdıracaq.

Tərəflər arasında təkərli döyüş maşınlarının istehsalı və Qazaxıstanda onların texniki xidmətinin qurulmasına dair memorandum noyabr ayının sonlarında imzalanıb.

“Belə layihə Mərkəzi Asiyada ilk dəfə həyata keçirilir və yüksək gəlirli ortaq müəssisəni yaratmağa, müasir müdafiə və maşınqayırma sənayesində keyfiyyətli sıçrayışı təmin etməyə imkan verəcək”, – deyə məlumatda qeyd olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş