Qazaxıstan R-73E aviasiya raketləri alır

Rusiya yaxın döyüşlər üçün nəzərdə tutulan R-73E aviasiya raketlərinin satışı ilə bağlı Qazaxıstan, Özbəkistan və Kuba ilə müqavilə bağlayacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya mediasına açıqlamanı raketin istehsalçısı “Duks” şirkətinin baş direktoru Yuriy Klişin verib.

O deyib ki, müqavilə 2016-cı ildə imzalanacaq. Raketin təqdimatı isə МАКС-2015 aviasiya sərgisində həyata keçiriləcək.

Y. Klişinin sözlərinə görə, raketin başqa ölkələrə satışının həyata keçirilməsi istiqamətində də danışıqlar aparılır.

Baş direktor əlavə edib ki, son 10-12 il ərzində xarici ölkələrə bir neçə min raket idxal olunub.

Qeyd edək ki, “hava-hava” sinifinə daxil olan R-73 aviasiya raketi 5 metr hündürlükdə uçan obyekti 20 km məsafədə məhv edə bilir. Raketin sürəti saatda 2500 km-dir. Çəkisi 110 kq, uzunluğu isə 2900 m-dir.

KATEQORIYA:
Bu xəbəri paylaş