Qazaxıstan Rusiya ilə birlikdə Mi-8AMT helikopterlərinin yığımına başlayıb

Qazaxıstan Rusiya ilə birlikdə Mi-8AMT helikopterlərinin yığımına başlayıb

“Rusiya Vertolyotları” şirkətinin Ulan-Ude aviasiya zavodu Qazaxıstanda yığım üçün Mi-8AMT helikopterinin iki komplektini göndərib.

Bu barədə “Azeri Defence”ə “Rusiya Vertolyotları” şirkətindən məlumat verilib.

Helikopterin hissələrinin çatdırılması “Kazakkhstan Engineering” Milli Şirkəti”, “405 nömrəli Aviatəmir Zavodu” və “Rusiya Vertolyotları” şirkəti arasında imzalanmış üçtərəfli müqavilə çərçivəsində həyata keçirilib.

2019-cu ildə imzalanmış müqavilədə Qazaxıstanda Mi-8AMT/Mi-171E helikopterlərinin yığımı mərkəzinin yaradılması nəzərdə tutulur. Müqavilə üzrə 2020-2022-ci illər  ərzində müəssisədə 17 helikopterin yığımı nəzərdə tutulur.

Qazaxıstanda Mi-8AMT helikopterlərinin əsas sifarişçiləri Daxili İşlər Nazirliyinin Milli Qvardiyası və Fövqəladə Hallar Nazirliyidir. İlk Mi-8AMT helikopterləri Fövqəladə Hallar Nazirliyinə veriləcək.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş